"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə Premyer Liqasında ən çox oyun keçirən portuqaliyalı oyunçu olub. Sport24.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi 32-ci tur çərçivəsində "Çelsi"yə qarşı oyunda Premyer Liqada 297-ci oyununu keçirib.
Bernardo "Fulhem", "Vest Hem" və "Arsenal"ın keçmiş oyunçusu Luis Boa Morteni (296 oyun) geridə qoyub. İlk "üçlüy"ü Kriştiano Ronaldo (236) tamamlayır.