Misli Premyer Liqasında 27-ci turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, altı matçda 12820 tərəfdar qeydə alınıb.

"Karvan-Yevlax" - "Kəpəz" görüşündə (4:1) 2500, "Şamaxı" - "Qarabağ" (0:0) duelində 2100, "Sabah" - "Zirə" görüşündə 1320, "Neftçi" - "Araz-Naxçıvan" oyununda (2:1) 2200, "Qəbələ" - "İmişli" matçında (0:1) 200, "Turan Tovuz" - "Sumqayıt" qarşılaşmasında (2:1) 4500 fanat tribunada əyləşib.

Qeyd edək ki, 28-ci tura aprelin 17-də start veriləcək.