"Bavariya" "Nyukasl"ın vingeri Entoni Qordonun nümayəndələri ilə əlaqə qurub. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Nyukasl"ın növbəti mövsüm üçün büdcəsini balanslaşdırmaq naminə aparıcı futbolçularından bəzilərini satmağı düşünür ki, onlardan biri də Entonidir.
Bir müddət əvvəl mətbuatda "Arsenal"ın da 25 yaşlı oyunçu ilə maraqlandığı barədə xəbərlər dolaşsa da, vingerin Almaniya klubuna keçəcəyi daha real görünür.
Qeyd edək ki, Qordon bu mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.