Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsi start götürür. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

 

"Neftçi" NTD ilə qarşılaşır. Bu görüşün start fiti saat 17:00-da səslənəcək. "Ordu" "Gəncə" matçı isə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.