Albaniya Superliqasında 31-ci turun oyunları başa çatıb. Sport24.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" səfərdə "Tirana" ilə qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Əliyev meydana start heyətində çıxıb və matçı əvəzolunmadan keçirib.
Qeyd edək ki, hazırda aktivində 54 xal olan "Eqnatia" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.