Misli Premyer Liqasının XXVII turu "Kəpəz" üçün əlamətdar olub. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib.

 

Bu yubiley "Karvan-Yevlax"la matça təsadüf edib.

 

"Kəpəz" rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıb. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.

 

"Kəpəz" çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadır. Yalnız "Qarabağ", "Neftçi" və "Şamaxı"nın hesabında daha çox səfər görüşü var.