"Vest Hem"in ulduz futbolçusu Jarrod Bouen yay "transfer pəncərəsi"ndə London klubunu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Vest Hem" elitada qalmağı bacarsa belə, rəhbərlik Bouenin satışına yaşıl işıq yandırmağa hazırdır. Klubun uzun illər həmsədri olmuş Karren Bradynin aprel ayında istefası "çəkicdöyənlər" düşərgəsindəki qeyri-müəyyənliyi daha da artırıb. Yayda komandada ciddi kadr islahatlarının aparılacağı gözlənilir.
Qeyd edək ki, Jarrod Bouen 2023-cü ildə UEFA Konfrans Liqasının finalında vurduğu həlledici qolla "Vest Hem"ə tarixi titul qazandırıb. Hazırda ingilis futbolçunun transfer qiymətinin 60 milyon funt-sterlinq civarında olduğu bildirilir.