"Marsel" və İngiltərə yığmasının 24 yaşlı vingeri Meyson Qrinvud cari mövsümün sonunda Səudiyyə Ərəbistanına yollanmağı düşünür. Sport24.az "L'Equipe" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən klublardan biri onu "rənglərinə bağlamağı" düşünür.

 

Adı çəkilməyən klubun rəhbərliyi Qrinvudu öz sıralarına cəlb etmək üçün xeyli vəsait xərcləməyə hazırdır. İspaniya və İngiltərənin aparıcı klubları da Qrinvudu yaxından izləyir. 

 

Qeyd edək ki, "Mançester Yunayted" akademiyasının yetirməsi  2024-cü ildə 26 milyon avro qarşılığında "Marsel"ə transfer olunub. Bu mövsüm o, Fransa klubunun heyətində 36 oyunda meydana çıxıb, 24 qol vurub və 8 məhsuldar ötürmə edib. Qrinvudun "Marsel"lə müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.