Argentina təmsilçisi "Boka Xuniors"un çilili yarımmüdafiəçisi Karlos Palasios karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.

 

Mənbənin sözlərinə Sankt-Peterburq təmsilçisi "Zenit" tezliklə Palasiosun transferi ilə bağlı danışıqlara başlayacaq.

 

Qeyd edək ki, 25 yaşlı Karlos Palasios ötən mövsüm "Boka Xuniors"da 36 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi hazırda diz zədəsini sağaldır. "Transfermarkt" çilili futbolçunu 4 milyon avro dəyərində qiymətləndirir.