"Qarabağ" Kiprin "Omoniya" (Aradippou) klubunun sol cinah oyunçusu Jali Mouaddibi heyətinə qatmaq üçün danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə "Africa Soccer" nəşri məlumat yayıb.
25 yaşlı futbolçunun klubunda durumu qeyri-müəyyəndir. Ağdam təmsilçisi bundan istifadə edərək onu ölkəyə gətirməyə çalışır. Mouaddib hazırkı sözləşməsi mövsüm sonunda bitir.
O, sözləşmənin uzadılmaması halında azad agent statusu alaq. Hazırda həm "Omoniya, həm rə "Qarabağ"la danışıqlar getdiyi üçen transfer hələ də qeyri-müəyyəndir.
2000-ci il, noyabrın 18-də Fransanın Lens şəhərində anadan olan Mouaddib həm Fransa, həm də Mərakeş vətəndaşlığına malikdir.
Əsasən sol cinahda çıxış edən oyunçu hər iki ayağından istifadə edə bilir. Onuj hazırkı bazar dəyəri 375 min avrodur.
Futbolçu karyerasına Fransada "Lill"in gənclər və B komandalarında başlayıb.
Nəşr bildirir ki, əgər transfer baş tutarsa, bu keçid Mouaddibin karyerasında növbəti addım olacaq və həm Avropa səhnəsində nüfuzunun artmasına, həm də daha yüksək səviyyəli rəqabət mühitində potensialını reallaşdırmasına imkan yaradacaq.