"Qalatasaray"ın hücumçusu Mauro İkardi əməliyyat olunub. Sport24.az xəbər verir ki, argentinalı futbolçu ölkəsində dizindən əməliyyat keçirib.

 

Avropa Liqasında "Tottenhem"lə oyunda (3:2) zədə alan İkardi mövsümün qalan hissəsini buraxacaq.

 

İkardi bu mövsüm Super Liqada 7 oyunda 4 qol vurub.