"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya kubokunun finalında "Real" ilə oyun ərəfəsində Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin yaxın vaxtlarda klubdan qovulacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, alman mütəxəssis məsələ ilə bağlı "relevo"ya açıqlama verib:
"Real"ın inanılmaz komandası və dünyanın ən yaxşı məşqçilərindən biri var. Onun başına gələnləri görmək heç də xoş deyil. O, bir çox klublarla hər şeyi qazanıb. O, əsl centlmendir. Ona böyük hörmətim var. Şənbə günü onun "Real" ilə finalda oynayacağıq və onu görməkdən məmnun qalacağam".
Qeyd edək ki, aprelin 26-da "Barselona" İspaniya kubokunun finalında "Real" ilə üz-üzə gələcək.