Bu gün keçirilən iki cavab oyunu ilə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək. Sport24.az xəbər verir ki, günün ilk matçı "Tofiq Bəhramov"da baş tutacaq.

 

"Qarabağ" ölkənin ikinci ən böyük arenasında "Araz-Naxçıvan"la üz-üzə gələcək. Bu komandalar arasında keçirilən ilk görüş Naxçıvan təmsilçisinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

 

Azərbaycan Kuboku

1/2 final mərhələsi, cavab oyunu

17:00."Qarabağ" – "Araz-Naxçıvan" - 3:0

Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
TBakı. Tofiq Bəhramov adına Respublika Stadionu

ilk oyun: 0:1

 

"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.

Baş məşqçi: Qurban Qurbanov.

 

"Araz-Naxçıvan": 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.

Baş məşqçi: Elmar Baxşıyev.