Cənubi Afrika Respublikasının "Durban Siti" klubunun müdafiəçisi Sinamandla Zondi 22 yaşında dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Çərşənbə axşamı, aprelin 22-də Cənubi Afrika Respublikasının ikinci liqasında "Milford"a qarşı keçirəcəkləri oyundan əvvəl isinmə hərəkətləri zamanı futbolçu özündən gedərək yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər futbolçunun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Zondi peşəkar liqada ilk oyununu 2021-ci ilin sentyabrında keçirib.