AVRO-2024-ün seçmə mərhələsində IX tura yekun vurulub. Sport24.az xəbər verir ki, günün ən bol qollu matçı, ən böyükhesablı darmadağını Nitsa şəhərində qeydə alınıb.
Belə ki, Fransa Cəbəllütariqi 14 cavabsız qolla məğlub edib.
Bununla da həmin ölkənin millisi ən böyükhesablı qələbəyə imza ataraq yeni tarix yazıb. Bunadək olan ən böyük darmadağın - Fransa - Azərbaycan matçı (10:0) isə artıq tarixdə qalıb. Bu, 1995-ci ilin sentyabrın 6-da Oser şəhərində keçirilərək "Oser faciəsi" kimi tarixdə qalmışdı.
18 noyabr
Fransa - Azərbaycan - 14:0
Qollar: E.Santos, 3 (avtoqol), 4, M.Türam, 4, Z.Emeri, 16, K.Mbappe, 30 (pen.), 75, 82, C.Klauss, 34, K.Koman, 36, 66, Y.Fofana, 37, A.Rabiot, 64, O.Dembele, 73, O.Jiru, 89, 90+1