Sabri Lyamuşi Tunis millisinin yeni baş məşqçisi təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Tunis kökləri olan 54 yaşlı fransalı məşqçi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində məğlubiyyətindən sonra komandadan ayrılan Sami Trabelsini əvəz edib.
Qeyd edək ki, Bu, Lyamuşinin milli komandalarla ilk iş təcrübəsi deyil. Fransalı mütəxəssis karyerası ərzində Fil Dişi Sahili millisinin də "sükanı arxasında" olub. Onun son iş yeri Səudiyyə Ərəbistanı klubu olub. İndi onun əsas vəzifəsi millini dünya çempionatına hazırlamaq olacaq. "Karfagen qartalları" seçmə mərhələdə doqquz oyunda qalib gələrək, qol buraxmadan mundiala vəsiqə qazanıblar.