"Real"ın hücumçusu Kilian Mbappe üçün İspaniya kubokunun finalında "Barselona"nın qapısından keçirdiyi qol əlamətdar olub. Sport24.az xəbər verir ki, bu, 26 yaşlı fransalının Madrid təmsilçisində vurduğu 34-cü qoldur.

 

O, "Real"da debüt mövsümündə vurduğu qolların sayına görə hücumçu Kriştiano Ronaldonu ötüb. Ronaldo 2009/10 mövsümündə 33 qol vurub.

 

Qeyd edək ki, Kilian bu mövsüm "real"ın heyətində 50 oyun keçirib, 34 qol vurub və 4 məhsuldar ötürmə edib.