Ötən gecə 2025-ci il üçün "Qızıl top"un sahibi müəyyənləşib. Sport24.az xəbər verir ki, PSJ-nin hücumçusu Usman Dembele mötəbər mükafatı qazanıb.

 

Dembele tarixdə bu mükafatı qazanan altıncı fransız olub. Əvvəlki qaliblər arasında Raymond Kopa (1958), Mişel Platini (1983, 1984, 1985), Jan-Pyer Papen (1991), Zinəddin Zidan (1998) və Kərim Benzema (2022) yer alıb.

 

Qeyd edək ki, Fransa "Qızıl top"u qazanan futbolçuların sayında ilk pilləyə yüksəlib. Almaniya və İtaliyada belə oyunçuların sayı beşdir.