Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı DÇ-2026 ərəfəsində Fransa millisi ilə görüşüblər. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Fransa prezidentinin oyunçularla görüşü milli komandanın Klerfontendəki təlim-məşq bazasında baş tutub.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın qrup mərhələsində Seneqal (16 iyun), İraq (23 iyun) və Norveç (26 iyun) ilə qarşılaşacaq. Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.