Kilian Mbappe və PSJ borc məsələsini həll etməyib. Sport24.az "Ekip" nəşrinə istinadən xəbər verir ki, futbolçu keçmiş klubundan maaş və bonuslarla bir yerdə 55 milyon avro tələb etsə də, parislilər bunu ödəmək niyyətində deyil.

 

PSJ futbolçu ilə aralarında olan centlmen danışığına istinad edir. Arada olan şifahi anlaşmaya əsasən Mbappe azad agent kimi ayrılsa, klub maddi cəhətdən əziyyət çəkməməli imiş.

 

Bu arada isə əsas tarix yaxınlaşır. PSJ yanvarın 15-dək işçilərə borcunun olmaması və ödənişlərlə bağlı sənədləri UEFA-ya təqdim etməlidir. Klub Mbappe qarşısında müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün parislilərə qarşı sanksiyaların tətbiq olunma riski var.