"Barselona"nın baş məşqçisi Hansi Flik açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis karyerasındakı son klubun Kataloniya təmsilçisi olacağını deyib:
"Barselona" sonuncu iş yerimdir. Ayrıldıqdan sonra klub çalışdırmaq niyyətim yoxdur. İndi bütün diqqətim komandadadır və qarşıda oyunlar var. Klubda qazana bilmədiyim iki titul da var. Onları əldə etdikdən sonra rahat ayrıla bilərəm. Xəyalım "Barselona" ilə Çempionlar Liqasını qazanmaqdır".
"Barselona" La Liqada liderdir. Komanda ikinci pillədəki "Real"ı 6 xal qabaqlayır.