Finlandiyada çempionatın sonuna bir tur qalmış çempion müəyyənləşib. Sport24.az xəbər verir ki, KuPS ardıcıl ikinci, tarixində isə ümumilikdə səkkizinci dəfə Finlandiya çempionu olub.

 

İkinci yerdə aktivində 60 xal olan "İlves" qərarlaşıb. İlk "üçlüy" isə 58 xalla "İnter Turku" tamamlayır.

 

Qeyd edək ki, KuPS növbəti mövsümdə ölkəsini Çempionlar Liqasında təmsil edəcək.