2024-cü il yanvarın 15-də Londonda "The Best FIFA Football Awards"ın 8-ci mərasimi keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb.

İngiltərə paytaxtında keçiriləcək mərasimdə kişi və qadın futbolunun ən yaxşı oyunçusu, ən yaxşı məşqçisi, ən yaxşı qapıçısı və ilin ən yaxşı qolu üçün Puşkaş da daxil olmaqla 11 mükafat təqdim olunacaq.

FİFA əsas kateqoriyalar üzrə finalçıları yaxın həftələrdə açıqlayacaq.