"Barselona" Ronald Arauxonun Uruqvay millisinin düşərgəsində aldığı zədəyə görə təzminat alacaq. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA uruqvaylı futbolçunun millidə olarkən aldığı zədəyə görə Kataloniya klubuna 3 milyon avro məbləğində təzminat ödəyəcək.

 

25 yaşlı müdafiəçi iyulda, Amerika kubokunun 1/4 finalında Braziliya millisi ilə matçda zədələnmişdi.

 

Qeyd edək ki, Arauxonun yaşıl meydanlara dönüşü dekabra gözlənilir. O, 2018-ci ildən "Barselona"nın şərəfini qoruyur.