FIFA Rusiya Futbol İttifaqının (RFU) tələbi ilə "Ximki"nin keçmiş investoru Tufan Sadıqovu futbol fəaliyyətindən kənarlaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov öz Telegram kanalında məlumat yayıb.
Mənbənin sözlərinə görə, Sadıqova istər Rusiyada, istərsə də başqa ölkədə futbol təssərüfatında çalışmağa qadağan olunub.
Qeyd edək ki, Sadıqov iş adamı və "Ximki"nin keçmiş investorudur. Lakin o, rəsmi olaraq klubda heç bir rəsmi vəzifə tutmayıb. Azərbaycanlı iş adamı 2023-cü ilin may ayında "Ximki"nin büdcəsinin növbəti beş il üçün ildə 1,5 milyard rubl olacağını bildirsə də, Moskva vilayətini təmsil edən klub 2025-ci ilin iyununda müflis elan olunub və rəsmi olaraq fəaliyyətini dayandırıb.