"Vilyarreal" Marselino Qarsiya Toral ilə yeni müqavilə üçün danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Mateo Moretto məlumat yayıb.
Onun sözlərinə görə, "Vilyarreal" rəhbərliyi və baş məşqçi Marselino arasında görüşlər "səmimi və konstruktiv" keçib. Əsas məsələ müqavilənin müddətidir: 60 yaşlı mütəxəssis 3–4 illik, klub isə 2 illik təklif edir.
Qeyd edək ki, "Vilyarreal" Marselino rəhbərliyi altında bu mövsüm La Liqada 26 oyun keçirib. Komanda 16 qələbə, 3 bərabərə və 7 məğlubiyyətlə 51 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.