"Qarabağ"ın futbolçusu Kamilo Duranın Avropanın bir sıra klublarının transfer siyahısında olduğu iddia olunub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Belə ki, 24 yaşlı futbolçu ilə bağlı kluba indiyədək rəsmi təklif daxil olmayıb.

Bildirilib ki, kolumbiyalı vingerə görə yay "transfer pəncərəsi"ndə yüksək məbləğdə təklif gəlməyəcəyi halda, o, növbəti mövsümdə də "Qarabağ"ın heyətində çıxış etməyə davam edəcək.

Qeyd edək ki, 2025-ci ildə "Qarabağ"a transfer olunan Duranın klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.