"Real"da zədə kabusu davam edir. Bu dəfə David Alaba sıradan çıxıb. Sport24.az xəbər verir ki, bu barədə komandanın baş məqçisi Alvaro Arbeloa açıqlama verib.
İspaniyalı mütəxəssis 33 yaşlı futbolçunun sabah "Selta" ilə oyunu buraxacağını bildirib.
Qeyd edək ki, David Alaba tez-tez zədələrlə üzləşdiyi üçün bu mövsüm cəmi 13 oyunda iştirak edib.