Azərbaycan I Liqasında XVII tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

 

Lider "Şəfa" "Şahdağ Qusar"a qalib gəlib. Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan "Mingəçevir" səfərdə "Baku Sportinq"i məğlub edərək xal fərqini birə endirib.

 

Zaqatalada "Şimal" qələbə qazanıb.

 

Azərbaycan I Liqası
XVII tur

5 mart

Baku Sportinq – Mingəçevir 0:1
Qol: Q.Əlizadə, 90+2

Şəfa – Şahdağ Qusar 2:1
Qollar: T.Quliyev, 57, N.Əliyev, 65 – A.Kulibali, 90+2

Zaqatala – Şimal 3:4
Qollar: A.Babazadə, 27, R.Şabanov, 45, S.Abdullayev, 48 – C.Şahbazlı, 7, A.Qla, 33, N.Osmanov, 58, 89