"İnter" və İtaliya millisinin futbolçusu Pio Espozito İngiltərəyə köçməyə hazırlaşır. Sport24.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçiyə "Arsenal"dan təklif gəlib.

 

London təmsilçisi Espozito üçün ilkin danışıqlara başlayıb. Onun "İnter"lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

 

İtaliyalı futbolçunun özü də "Arsenal"da oynamağa müsbət yanaşır. O, "Breşiya"nın yetirməsidir və sonradan "İnter"ə keçib.