"Məlum olduğu kimi, hakimlərimiz Nicat İsmayıllı və Əliyar Ağayev Küveyt Kubokunun bir neçə oyununu idarə etmək üçün sözügedən ölkəyə yollanmışdılar. Bölgədə yaranmış hərbi gərginlik səbəbindən vətənə qayıda bilmirlər".
Bu sözləri Sport24.az saytına açıqlamasında AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov deyib.
Qurum rəsmisi Azərbaycanın tanınmış futbol hakimləri olan Əliyar Ağayev və Nicat İsmayıllının ölkəmizə geri dönməsi üçün lazımi addımların atıldığını bildirib:
"AFFA olaraq hakimlərimizlə və Azərbaycanın Küveytdəki səfirliyi ilə daim əlaqədəyik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini məlumatlandırmışıq. Əlimizdən gələni edirik ki, hakimlərimiz tez bir zamanda ölkəmizə qayıtsınlar. Hakimlərimiz özləri də daim Küveyt səfirliyi ilə əlaqədədirlər".