Avropanın aparıcı klubları UEFA-dan Çempionlar Liqası oyunları üçün heyət limitinin 25-dən 28-ə qədər artırılmasını tələb edirlər. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, dəyişikliklər tələb edənlərin fikrincə, əlavə ehtiyat qüvvə məşqçilərə rotasiya etməyə, yorğunluq və zədə riskini azaltmağa və komandaların sıx qrafiklə oyunlarında daha yüksək səviyyədə perfpromns nümayiş etdirməyə imkan verəcək.
Bu ideya artıq ötən ay UEFA Klub Yarışları Komitəsinin iclasında müzakirə olunub. Lakin təklif ciddi müqavimətlə üzləşir. Komitədəki 16 klubun heç də hamısı yeniliyə razılıq verməyib. bəziləri limitdə hətta kiçik bir artımın belə ən yaxşı istedadları ən varlı komandaların əlində cəmləşəcəyindən və Avropa futbolunun ümumi rəqabət qabiliyyətinə mənfi təsir göstərəcəyindən qorxurlar. Tənqidçilər qeyd edirlər ki, bu, xüsusilə Çempionlar Liqasının formatında son islahatlar və media gəlirlərinin nəhənglərin əlində cəmləşməsi nəzərə alınmaqla, elita ilə digərləri arasındakı mövcud boşluğu daha da artıracaq.
UEFA bu məsələ ilə bağlı yekun qərar verənə qədər mövzu açıq qalır və çox güman ki, yenidən müzakirə olunacaq.