Bolqarıstan çempionatının 24-cü turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "Çerno More"nin qonağı olub.

 

Qarşılaşma qosuz başa çatıb. Hüseynov ilk dəqiqələrdən meydana çıxıb və oyunu əvəzolunmadan keçirib. 

 

Qeyd edək ki, hazırda aktivində 32 xal olan "Arda" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.