Futbol üzrə Türkiyə yığmasının və “Fənərbaxça”nın yarımmüdafiəçisi Ozan Tufan karyerasını yenidən İngiltərədə davam etdirəcək.

Sport24.az xəbər verir ki, 27 yaşlı vinger “Hall Siti” ilə anlaşıb.

Bu barədə “Fənərbaxça” və “Hall Siti” klublarının mətbuat xidməti məlumat yayıb. Klublar arasında bütün məsələlərdə razılığa gəlinib. Ozan bu gün İngiltərəyə yollanıb tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Hall Siti” Çempionşipdə mübarizə aparır. Bu klubun sahibi türkiyəli Acun Ilıcalıdır.

“Bursaspor”un yetirməsi olan Ozan 2015-ci ildən “Fənərbaxça”da çıxış edirdi. O, ötən mövsüm İngiltərənin “Uotford” klubuna icarəyə verilmişdi.