Türkiyənin “Fənərbaxça” klubunun qapıçısı Berke Özer İstanbul təmsilçisindən ayrılıb.

Sport24.az xəbər verir ki, tərəflər arasındakı müqavilənin müddəti bitib və onu yeniləməyə ehtiyac duyulmayıb.

Berke 2018-ci ildə “Altınordu”dan “Fənərbaxça”ya transfer olunmuşdu. Geridə qalan mövsümdə 19 matça çıxan qolkiper, 20 qol buraxıb.