"Fənərbaxça"nın hücumçusu Cengiz Ünder icarə əsasında "Beşiktaş"a keçib. Sport24.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı türklə müqavilə 2025/26 mövsümünün sonuna qədər birdəflik almaq şərti  ilə qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 7,5 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, Ünder "Fənərbaxça"da 43 oyun keçirib, 9 qol vurub, 3 məhsuldar ötürmə edib.