"Nottingem Forest"in müdafiəçisi Aleksandr Zinçenko Böyük Britaniyanın Gəlir və Gömrük İdarəsinə təxminən 346 min avro borcludur. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 28 yaşlı ukraynalı futbolçu şirkətini ləğv etmək qərarına gəlib. O, şirkəti vasitəsilə futboldan qazandığı vəsaiti vergidən yayındırmaq niyyəti güdüb.

Zinçenkonun mühasiblərinə də 41 min avro borcu olduğu bildirilir.

 

Qeyd edək ki, Ukrayna millisinin də formasını geyinən müdafiəçi bir neçə gün öncə icarə əsasında "Arsenal"dan "Nottingem Forest"ə keçib.