"Liverpul"un vingeri Məhəmməd Salah karyerasını "Real"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Temtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Madrid klubunun hücumçusu Kilian Mbappe 33 yaşlı misirlini Madrid klubuna dəvət edib. Salahın özü "Liverpul"la yeni müqavilə imzalasa da, yayda İspaniya klubuna keçə bilər.

 

Qeyd edək ki, Salah 2024/25 mövsümündə "qırmızılar"ın heyətində ümumilikdə 52 oyun keçirib, 34 qol vurub və 23 məhsuldar ötürmə edib.