"Fənərbaxça" yeni transferi Yusef En-Nesiri ilə münasibəti rəsmiləşdirib. Sport24.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə müqavilənin müddəti 2029-cu ilin iyununa kimidir.

 

İstanbul təmsilçisi mərakeşli futboloçu üçün "Sevilya"ya 19 milyon 500 min avro təzminat ödəyəcək. Bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək.

 

Qeyd edək ki, En-Nesiri 2020-ci ildən "Sevilya"da oynayırdı.