Anderson Taliska Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılaraq karyerasını Türkiyədə davam etdirəcək. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Fənərbaxça" ilə ortaq məxrəcə gəlib.
Onun müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Taliska 2016-2018-ci illərdə "Beşiktaş"da çıxış edib. 30 yaşlı forvard cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 10 oyun keçirib və 6 qol vurub.