"Komo"nun baş məşqçisi Sesk Fabreqas A Seriyasında "İnter"ə uduzduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 3:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Turnir cədvəlinə baxmıram. Komandam bir daha göstərdi ki, cəsarətli və enerjilidir. Məğlub olmağımıza baxmayaraq, xarakter göstərdik. Səhvlər etdik, normaldır, gənc komandayıq. Xırda səhvləri belə bağışlamayan rəqibə qarşı oynayırdıq.

 

Meydanda əlimizdən gələni etdik. Statistikaya baxın, hər komandaya "İnter"lə oyunda 20 dəqiq zərbə vurmaq nəsib olmur. İki il əvvəl bunu desəydilər, inanmazdım, düşünərdim ki, söhbət yoldaşlıq oyunundan gedir. Amma indi baxın haralardayıq".

 

"Komo" A Seriyasında 58 xalla 5-ci sıradadır.