Erlinq Haaland DÇ-2026-nın seçmə mərhələsində Moldova ilə matçda (11:1) 5 qol vurub. Sport24.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, 1977-ci ildən sonra dünya çempionatının seçmə mərhələsinin oyunlarında ilk penta-trikdir.
48 il əvvəl Hans Krankl Avstriya-Malta matçında 5 qol vurub.
Qeyd edək ki, 25 yaşlı Haaland Norveç millisində 45 oyunda beşi het-trik olmaqla 48 qol vurub. O, həmçinin bu əsrdə yüksək səviyyəli beynəlxalq matçlarda dörd və ya daha çox qol vuran ilk norveçli olub.