"Əl-İttihad"ın yarımmüdafiəçisi Nqolo Kantenin "Fənərbaxça"ya keçidi baş tutmayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 34 yaşlı yarımmüdafiəçinin İstanbul klubuna keçidi Səudiyyə Ərəbistanı təmsilçisinin tələb olunan müddətdə lazımi sənədləri imzalamaması və tamamlamaması səbəbindən alınmayıb. 

 

Fransız futbolçunun transferinin "Fənərbaxça"ya 4 milyon avroya başa gələcəyi və oyunçunun 2028-ci ilə qədər müqavilə imzalayacağı gözlənilirdi.

 

Qeyd edək ki, Kante bu mövsüm Bu mövsüm "Əl-İttihad"ın heyətində bütün turnirlərdə 26 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.