"Çelsi"nin futbolçusu Andrey Santos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Əl-Qadsia" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir.

 

Bu barədə UOL məlumat yayıb.

 

Ərəblər Santos üçün İngiltərə klubuna 70 milyon avroluq təklif göndərib. 21 yaşlı oyunçunun özünə isə London təmsilçisində aldığı maaşın 5 qatı təklif olunub.

 

Qeyd edək ki, Andrey Santos ötən mövsüm icarə əsasında Fransanın "Strasburq" klubunda çıxış edib. Braziliya millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.