Fransa milli komandasının heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Usman Dembele sıradan çıxıb.

 

PSJ-nin vingeri DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə matçında (2:0) zədələnib.

 

28 yaşlı futbolçu yığmanın düşərgəsini tərk edib.

 

Qeyd edək ki, Fransa seçməsi sentyabrın 9-da İslandiya ilə qarşılaşacaq.