"Fulhem" hücumçusu Rodriqo Munislə yeni müqavilə imzalamağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "GiveMeSport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, London klubu 24 yaşlı braziliyalının yay "transfer pəncərəsi"ndə "Atalanta"nın ciddi marağına baxmayaraq komandada qalmasından məmnun qalıb.

 

Qeyd edək ki, Munis 2024/25 mövsümündə "Fulhem"in heyətində bütün tunirlərdə 36 matçda 11 qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.