Niderland Kral Futbol Assosiasiyası milli komandanın və "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun zədələnməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Sport24.az xəbər verir ki, 28 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşa ilə matçda (1:1) aldığı zədədən sonra kluba qayıtmaq məcburiyyətində qalıb.
Futbolçu Litva ilə sentyabrın 7-nə planlaşdırılan oyunu buraxacaq.
Qeyd edək ki, de Yonq millinin heyətində 60 oyunda 2 qol vurub, 8 məhsuldar ötürmə edib.