"Barselona" Andreas Kristensen və Ronald Araujonun klubdakı qeyri-müəyyən gələcəyi fonunda yeni müdafiəçilər axtarışına çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya təmsilçisi ən çox "Sportinq"in müdafiəçisi Qonkalo İnasio ilə maraqlanır. Bu futbolçu "Bavariya"nın hücumçusu Luis Diasla eyni agentliyin müştərisidir. Keçən yay klubun idman direktoru Deko kolumbiyalının mümkün transferi ilə bağlı bu agentliklə əlaqə saxlayıb.
Qeyd edək ki, "Barselona" həmçinin "Nottingem Forest"in müdafiəçisi Murilyo, "Kristal Pelas"ın futbolçusu Mark Quehi, "Palmeyras"ın arxa xətt oyunçusu Luis Benedetti və Luis Enrikenin etimadını itirdikdən sonra Fransa nəhəngini tərk edə biləcək PSJ-nin futbolçusu Lukas Beraldonu da izləyir.