DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün F, H, K qruplarında yer alan millilər meydana çıxacaq.

K qrupunun lideri İngiltərə evdə Andorranı qəbul edəcək. H qrupunda ilk pillədə qərarlaşan Bosniya və Herseqovina isə autsayder San Marinonun qonağı olacaq.

 

DÇ-2026, seçmə mərhələ

F qrupu

20:00. Ermənistan - Portuqaliya

22:45. İrlandiya - Macarıstan

Xal durumu: Ermənistan - 0, Macarıstan - 0, Portuqaliya - 0, İrlandiya - 0.

 

H qrupu

22:45. San Marino - Bosniya və Herseqovina

22:45. Avstriya - Kipr

Xal durumu: Bosniya və Herseqovina - 9, Avstriya - 6, Rumıniya - 6, Kipr - 3, San Marino - 0.

 

K qrupu

17:00. Latviya - Serbiya

22:45. İngiltərə - Andorra

Xal durumu: İngiltərə - 9, Albaniya - 5, Serbiya - 4, Latviya - 4, Andorra - 0.