Fransa millisinin hücumçusu Kilian Mbappenin DÇ-2026-nın seçmə mərhələsinin ilk turunun Ukrayna ilə oyununda (0:2) fərqlənməklə "üçrənglilər"in heyətində 51-ci qolunu vurub. Sport24.az xəbər verir ki, bununla da hücumçu yığmada vurduğu qolların sayında Fransa millisinin sabiq hücumçusu Tyerri Anriyə çatıb.
Fransa millisinin bombardiri isə 57 dəfə rəqib qapılarına yol tapan Olivye Jirudur. 38 yaşlı forvard 2024-cü ildə təşkil olunan Avropa çempionatından sonra beynəlxalq karyerasını başa vurduğunu nəzərə alsaq, Mbappenin onu da geridə qoyacağı inandırıcı görünür.
Dünya çempionatının seçmə mərhələsinin növbəti mərhələsində Didye Deşamın komandası İslandiya ilə qarşılaşacaq. Bu qarşılaşma sentyabrın 9-da baş tutacaq.